“Ronaldo ilə Messi arasında seçimə gəldikdə…” – Pele

Braziliya millisinin keçmiş futbolçusu Pele karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “madridistareal.com”a danışan sabiq futbolçu, “Real”dan təklif alması haqqında danışıb:

“Özümü futbol tarixinin ən yaxşısı olaraq görürəmmi? Bu suala cavab vermək mənim üçün çətindir. Hazırda çox yaxşı futbolçular var və mən ən yaxşılardan biri sayıldığım üçün qürur duyuram. Futbolçunun özünü sübut etməsi üçün mütləq Avropada oynamasının lazım olduğunu düşünmürəm. Avropa klublarından təklif aldım və ölkəmdə qalmağı seçdim”.

Əfsanəvi futbolçu, “Santos”da oynadığı zaman “Real”dan təklif alması ilə bağlı da danışıb:

“Braziliyada qalmaq istəyim daha güclü idi. “Real”da oynamaq inanılmaz olardı. Təklif gəlmişdi, amma “Santos”da qaldığım və karyeramı orda davam etdirdiyim üçün peşman deyiləm”.

Pele, ən yaxşı 10 futbolçunun adını da açıqlayıb:

“Ən yaxşı on futbolçunu seçmək çətindir, çünki onların sayı çoxdur. Dieqo Maradona, Alfredo di Stefano, Covanni Trapattoni, Qarrinça, Yohan Kroyff, Karlos Alberto, Zinəddin Zidan, Kriştiano Ronaldo, Andres İnyesta və başqaları. Ronaldo və Lionel Messi arasında seçimə gəldikdə, Messinin ən yaxşı olduğunu düşünürəm, eyni zamanda, Ronaldonu izləməkdən zövq alıram. Hər həftə onların oyununu izləyə bildiyimiz üçün şanslıyıq. Dövrün ən yaxşı iki futbolçusunu bir də heç vaxt bir arada görə bilməyəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button