Dava edən futbolçularla yollar ayrılmayacaq

“Real” məşq zamanı insident yaşayan Federiko Valverde və Orelyen Tçuameni ilə yollarını ayırmaq niyyətində deyil.

Komanda.az “El Mundo”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi hər iki yarımmüdafiəçiyə uzunmüddətli perspektivdə güvənir. Madrid təmsilçisi Valverde və Tçuamenini qarşıdakı mövsümlər üçün komandanın əsas fiqurları hesab edir.

Futbolçular arasında münaqişə dünən məşq zamanı baş verib. Davada Valverde baş nahiyəsindən zədə alıb və xəstəxanaya aparılıb.

“Real” növbəti oyununu mayın 10-da, səfərdə “Barselona”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button