“Real”ın zədəlilərindən 2-si sağaldı, 2-si isə…

İspaniyanın “Real” klubunun iki zədəli futbolçusu sağalıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Marselo və Lukas Vaskes zədələrini sağaldıblar. Onlar komanda ilə məşq etməyə başlayıblar. Hər iki futbolçu La Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “Xetafe” ilə oyunda iştirak edə biləcək.

“Kral klubu”nun digər iki zədəli futbolçusu – Eden Hazard və Marko Asensio isə bərpa prosesini davam etdirirlər və fərdi məşqlə kifayətlənirlər.

“Xetafe” – “Real” oyunu yanvarın 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button