
Prezidentliyə namizəd Mourinyonu “yamaq” adlandırdı
“Real”da prezidentliyə namizəd Enrike Rikelme, portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə bağlı fikirlərini açıqlayıb.
Hazırda “Benfika”nı çalışdıran 63 yaşlı mütəxəssisin yaxın zamanda Madrid klubuna qayıdacağı ilə bağlı məlumatlar yayılıb. O, daha əvvəl 2010–2013-cü illərdə “Real”a rəhbərlik edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı iş adamı, Mourinyo barədə sualları cavablandırarkən, nə portuqaliyalı məşqçinin tərəfdarı, nə də əleyhinə olduğunu bildirib:
“Mən həmişə “Real” azarkeşi olmuşam və belə də qalacam”.
O, Mourinyonu böyük uğurlar qazanmış və futbolçularla işləməkdə özünəməxsus üsluba sahib olan məşqçi kimi dəyərləndirib, ancaq klub üçün əsas ehtiyacın qısamüddətli həll yox, uzunmüddətli layihə olduğunu vurğulayıb:
“Bizə müvəqqəti “yamaq” deyil, orta və uzunmüddətli perspektivli tam bir dəyişiklik lazımdır”.
Rikelme, həmçinin, qeyd edib ki, prezident seçilərsə, baş məşqçi məsələsi daha sonra dəyərləndiriləcək və əsas prioritet klubun strateji planı olacaq.
Bizi Facebook-da izləyin



