“Real”a qarşı necə oynamaq lazım olduğunu bilirəm” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri olan “Real”la bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, “Real”la keçirəcəkləri oyunla bağlı bunları deyib:

“Hər şeydən əvvəl “Real”la oyunu düşünürük. Sonrakı turlar haqqında fikirləşsək, bu turnirin kralı bizi mübarizədən kənarlaşdırar. Hər mövsüm məqsədimiz Çempionlar Liqasında oynamaq və mümkün olan ən yaxşı işi görməkdir. “Real”a qarşı necə oynamaq lazım olduğunu bilirəm”.

Mərhələnin ilk oyununda “Mançester Siti” 2:1 hesabı ilə qalib gəlmişdi.