“Real” yeni transferini təqdim etdi

Madrid “Real”ı Fransanın “Lion” klubundan transfer etdiyi Ferlan Mendi üçün təqdimat mərasimi təşkil edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Madridə gələrək tibbi müayinədən keçən fransalı futbolçu “kral klubu” ilə 5 illik rəsmi müqavilə imzalayıb.

24 yaşlı futbolçu üçün “Real” Fransa klubuna 48 milyon avro ödəyəcək. Bu, Madrid təmsilçisinin bir sol cinah müdafiəçisi üçün ödədiyi ən yüksək məbləğdi.

“Real” yay fasiləsində Eder Militao, Rodriqo, Luka Yoviç və Eden Hazardı da heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button