“Real” idman direktoru ilə bağlı xəbərləri təkzib etdi

“Real” rəsmi saytında yaydığı açıqlamada idman direktoru axtarışı ilə bağlı xəbərləri təkzib edib.

Komanda.az xəbər verir ki, bəyanatda “Cadena Ser” radiosunun “El Larguero” proqramında səsləndirilən məlumatların həqiqəti əks etdirmədiyi bildirilib:

“Real” bildirir ki, klubun idman direktoru təyin etməyi nəzərdən keçirməsi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır.

Klub rəhbərliyi mövcud idman idarəçiliyi strukturunu yüksək qiymətləndirir və bu sistem sayəsində komanda tarixinin ən uğurlu dövrlərindən birini yaşayır”.

“Real” son 10 ildə 6 dəfə Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının qalib olmaqla böyük uğura imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button