Alonso getdi, “Real” Vinisiusdan “bərk yapışdı”

“Real” yanvarda Vinisius Juniorla yeni müqavilə ilə bağlı danışıqları bərpa etməyi planlaşdırır.

Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, Madrid klubunda braziliyalı futbolçu ilə anlaşmanın mümkünlüyünə nikbin yanaşırlar. Rəhbərlik hesab edir ki, Xabi Alonsonun baş məşqçi postunu tərk etməsindən sonra danışıqlar daha asan gedə bilər.

İddiaya görə, Alvaro Arbeloanın rəhbərliyi altında Vinisiusun komandada əsas fiqurlardan birinə çevrilməsi də bu prosesə müsbət təsir göstərəcək. Braziliyalı futbolçu Kilian Mbappe ilə birlikdə komandanın aparıcı simalarından biri olacaq.

Bununla belə, “Real”da anlayırlar ki, yeni müqavilə mövsümün sonuna qədər imzalanmaya bilər. Klub razılaşmanın müddətinin mövsüm başa çatdıqdan sonra rəsmiləşdiriləcəyinə ümid edir. Vinisiusun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button