“Yuventus” da istəyir – “Real” və MY-nin hədəfində olan futbolçunu

Son zamanlar göstərdiyi oyunla diqqətləri üzərinə çəkən “Zalsburq”un futbolçusu Erlinq Haland daha bir klubun hədəfindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” norveçli hücumçunu transfer etmək niyyətindədir. Halandı yay transfer dövründə heyətinə qatmaq istəyən “qoca sinyora”, onun üçün təzminat qiyməti də müəyyənləşdirib. Turinlilər 19 yaşlı futbolçu üçün 35-40 milyon arası avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqların futbolçunun meneceri Mino Rayola tərəfindən aparılacağı bildirilir.

Haland “Real” və “Mançester Yunayted”in də əsas transfer hədəfidir.

Bu ilin yanvarından “Zalsburq”un şərəfini qoruyan hücumçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, iştirak etdiyi 15 oyunda 22 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button