“Real” və “Liverpul” onun üçün mübarizə aparır

“Real” və “Liverpul” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellingem uğrunda mübarizəni davam etdirir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, hər iki klub artıq futbolçunun agentləri ilə əlaqə saxlayıb və danışıqlar aparır.

19 yaşlı ingilis futbolçunun keçidinin dəyəri 100 milyon avrodan çox ola bilər.

Əvvəllər futbolçu uğrunda yarışda “Mançester Siti” də iştirak edirdi.

Bellingem bu mövsüm Dortmund klubunda 22 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button