“Real” 3 futbolçunun satışından 100 milyon avro qazanmaq istəyir

“Real” yay transfer dönəmində bəzi futbolçularla yollarını ayıraraq, ciddi gəlir əldə etməyi planlaşdırır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu” hücumçu Qonsalo Qarsiya, sol cinah müdafiəçisi Fran Qarsiya və mərkəz müdafiəçisi Raul Asensionun transfer təkliflərinə açıqdır. Klub rəhbərliyi hər üç futbolçunun satışından ümumilikdə 100 milyon avro gəlir əldə etməyi hədəfləyir.

Bununla belə, “transfermarkt” portalının qiymətləndirməsinə əsasən, sözügedən futbolçuların bazar dəyəri Madrid təmsilçisinin gözləntilərindən daha aşağıdır. Belə ki, 22 yaşlı Qonsalo Qarsiyanın transfer dəyəri 30, 26 yaşlı Fran Qarsiyanın qiyməti 10, 23 yaşlı Asensionun dəyəri isə 20 milyon avro göstərilir. Üç futbolçunun ümumi bazar dəyəri 60 milyon avro təşkil edir ki, bu da “Real”ın planlaşdırdığı məbləğdən 40 milyon avro azdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button