“Real” türk futbolçunu icarəyə göndərə bilər

“Real”ın 18 yaşlı yarımmüdafiəçisi Arda Gülər az oyun şansı qazanmasından narazıdır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Gülər baş məşqçi Karlo Ançelottinin “Real”ın son 3 matçında onu bir dəqiqə belə meydana buraxmamasından narazıdır. Oyun praktikasının olmaması səbəbindən gənc futbolçu bu qış icarəyə getmək variantını nəzərdən keçirir. Belə getsə, Gülərin bu mövsümün sonuna kimi icarə əsasında başqa bir klubda çıxış edəcəyi vurğulanır.

Gülər bu mövsüm bütün turnirlərdə 2 matçda iştirak edib. O, Madrid təmsilçisinə ötən ilin yayında “Fənərbaxça”dan keçib. Lakin futbolçu aldığı ardıcıl zədələr səbəbindən qışa qədər debüt edə bilməyib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button