“Tottenhem”in təklifindən imtina etdi – “Real”la danışıqlara başlayır

İspaniyanın “Real” klubu “Tottenhem”in futbolçusu üçün yenidən hərəkətə keçir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “kral klubu” “Tottenhem”in yarımmüdafiəçisi Kristian Erikseni heyətinə qatmaq niyyətindədir. Futbolçunun meneceri ilə təmasa keçən klub rəhbərliyinin həftəsonu onunla danışıqlara başlayacağı bildirilir. Yayda Kristianı heyətinə qatmaq üçün çalışan “Real”, 29 yaşlı futbolçunu yanvarda transfer etmək istəyir.

Danimarka millisinin üzvünün “Tottenhem”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Buna görə də, klub onu qış fasiləsində sata bilməsə, transferindən heç bir məbləğ əldə edə bilməyəcək.

London klubu bir neçə gün əvvəl Eriksenə yeni müqavilə təklif etsə də, futbolçu bu təklifdən imtina etmişdi.

“Ayaks”ın yetirməsi olan futbolçu, 2013-cü ildən “Tottenhem”in şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button