“Real” Mbappe üçün son təklifini edəcək

“Real” yanvar ayında PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün son cəhdini edəcək.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi futbolçuya 2022-ci ildə olduğu kimi şərtlər təklif edəcək. Mbappe “Real”la müqavilə imzalasa, vergilər çıxıldıqdan sonra illik 26 milyon avro maaş alacaq və imza bonusu olaraq 130 milyon avro da qazanacaq.

Mbappe bu mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button