“Real” rəhbərliyində fikir ayrılığı

“Real”ın prezidenti Florentino Peres Maurisio Poçettinonun komandanın baş məşqçisi olmasını istəyir.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, PSJ və “Tottenhem”in sabiq baş məşqçisi yayda “Real”dan ayrılacağı güman edilən Karlo Ançelottinin yerinə əsas namizədlərdən biri hesab olunur.

Bildirilir ki, Ançelottidən sonrakı baş məşqçi seçimi ilə bağlı “Real”da qarşıdurma var. Klub prezidenti Poçettinonun “sükan arxasına” keçməsinin tərəfdarıdır. Amma rəhbər şəxslərin əksəriyyəti hazırda “Kastilya”da işləyən Raula üstünlük verir.

Bu məsələ ilə bağlı yekun qərarı Peres verəcək. Ona görə də, Poçettino hazırda “Real”ın baş məşqçi postuna əsas namizəd kimi görünür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button