La Liqada qonaqarın günü

Bu gün İspaniya La Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyunu “Levante” və “Malyorka” komandaları arasında olub. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Lider “Barselona” bu turda səfərdə “Leqanes”i sınağa çəkib və əzmkar qələbəyə sevinib. “Real” isə “Real Sosyedad”ı qəbul edib. Madrid təmsilçisi də erkən qol buraxdığı oyundan qələbə ilə ayrılıb. Madrid “Atletiko”su isə “Qranada” ilə səfər matçında xal itkisi ilə üzləşib.

Sonuncu oyun günündə beş görüş baş tutub. “Espanyol” – “Xetafe” matçında qalib müəyyənləşməyib. “Atletik” səfərdə “Osasuna”ya, “Alaves” “Eybar”a, “Selta” isə “Vilyarreal”a qalib gəlib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” çətin “Valyadolid” səfərinə yollanıb və minimal hesabla üstün olub.

İspaniya La Liqası, 14-cü tur

22 noyabr

Levante – Malyorka 2:1
Qol
: Rocer, 52. Roşina, 73 – Rodriqes, 65.

23 noyabr

Leqanes – Barselona 1:2
Qol
: En Nesiri, 12 – L.Suares, 53. Vidal, 79.

Betis – Valensiya 2:1
Qol
: Xoakin, 37. Kanales, 90+3 – M.Qomes, 32.

Qranada – Atletiko 1:1
Qol
: Sançes, 67 – Lodi, 60.

Real – Real Sosyedad 3:1
Qol
: Benzema, 37. Valverde, 47. Modriç, 74 – Villian Xose, 2.

24 noyabr

Espanyol – Xetafe 1:1
Qol
: Ley, 45 – Mata, 3.

Osasuna – Atletik 1:2
Qol
: Avila, 76 – Uilyams, 21. Kodro, 79.

Eybar – Alaves 0:2
Qol
: Xoselu, 85; 90+1.

Vilyarreal – Selta 1:3
Qol
: Çukvueze, 59 – Sisto, 54. Aspas, 79; 90+4.

Valyadolid – Sevilya 0:1
Qol
: Baneqa, 13.

Bombardir: Kərim Benzema (Real) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button