“Real” onunla müqaviləni uzatmaq istəyir

“Real” klubu qapıçısı Andrey Luninlə müqaviləni uzatmaq istəyir.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ukraynalı futbolçu komandanın ehtiyat qapıçısı olduğunu bilir. Madrid komandasının əsas qapıçısı bir müddətdir zədəsini sağaldan Tibo Kurtuadır və Lunin onu uğurla əvəzləyir. Xəbərdə bildirilir ki, Lunin “Real”da xoşbəxtdir və ayrılmaq istəmir.

23 yaşlı qapıçı 2018-ci ildən “Real”da çıxış edir. O, komanda ilə İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button