Asensioya yeni müqavilə təklif olunacaq

“Real” yarımmüdafiəçisi Marko Asensio ilə müqaviləni bu il Qətərdə keçiriləcək dünya çempionatının startına qədər uzatmağa hazırlaşır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi 26 yaşlı futbolçuya 2,5 illik müqavilə təklif edəcək. Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Asensio bu mövsüm “Real”ın heyətində 15 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button