“Real” ona 44 milyon avro qazandıracaq

“Real” “Çelsi”nin müdafiəçisi Antonio Rüdigerlə müqavilə imzalayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər yaxın vaxtlarda 4 illik müqavilə imzalandığını elan edəcəklər. Artıq klublar müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər.

29 yaşlı almaniyalı futbolçunun Madrid klubunda ildə 9 milyon avro alacağı bildirilir. Rüdiger həm də 8 milyon imza bonusu alacaq – müqavilənin hər ili üçün ona 2 milyon ödəniləcək. Beləliklə, ümumilikdə almaniyalı müdafiəçi “Real”da 44 milyon avro qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button