“Real” İngiltərəyə getmək istəmir

“Real” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçiriləcək cavab oyununun İngiltərədə baş tutmasını istəmir.

Komanda.az “The Athletic”ə istinadən xəbər verir ki, “kral klubu” oyunun Mançesterdə deyil, Lissabonda keçirilməsini istəyir. Buna səbəb, koronavirusa görə İngiltərədə qeyri-müəyyən vəziyyətin davam etməsi və ölkəyə gedənlərin iki həftəlik karantinə alınmasıdır. Bu səbəblərə görə, “Real” cavab qarşılaşmasının neytral meydanda keçirilməsinin tərəfdarıdır.

Mərhələnin Madriddə keçirilən ilk oyununda “şəhərlilər” 2:1 hesabıyla qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button