“Real” Mendi ilə razılığa gələ bilmir

“Real” fransalı müdafiəçisi Ferland Mendi ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər futbolçunun maaşı ilə bağlı razılığa gələ bilmir. Hazırda müqavilənin uzadılması ilə bağlı danışıqlara fasilə verilib.

“Real”la 27 yaşlı futbolçu arasında hazırkı müqavilə 2025-ci ilin iyun ayına qədərdir.

Mendi bu mövsüm 8 oyunda iştirak edib. Fransalı müdafiəçi 2019-cu ildən “Real”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button