“Real” Mbappenin transferini bu tarixdə elan edə bilər

“Real” iyul ayında PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edə bilər.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, parislilər 24 yaşlı futbolçunu 200 milyon avro dəyərində qiymətləndirirlər.

“Real” isə fransalı forvard üçün 120 milyon avro təklif etməyə hazırdır. Transferin iyulun 23-də açıqlanacağı bildirilir.

Daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub göndərdiyi və orada müqaviləni 2025-ci ilə qədər uzatmaq istəmədiyini bildirdiyi məlum olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button