
“Real” La Liqanın ən bahalı 3 transferinə imza atıb
“Real” yay transfer pəncərəsində ciddi şəkildə güclənib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun üç yeni futbolçusu La Liqada geridə qalan yay mövsümünün ən bahalı keçidlərinin ilk üç pilləsini tutub.
Belə ki, “Real” “Bornmut”dan Din Heyseni 62,5 milyon avroya, “Benfika”dan Alvaro Karrerası 50 milyon avroya, Argentina təmsilçisi “River Pleyt”dən isə Franko Mastantuononu 45 milyon avroya transfer edib.
Dördüncü yerdə “Atletiko”nun “Vilyarreal”dan 42 milyon avroya aldığı Aleks Baena qərarlaşıb. “İlk beşliy”i isə “Lion”dan “Vilyarreal”a keçən George Mikautadze (31 milyon avro) tamamlayıb.
Ötən mövsümün çempionu “Barselona” yalnız bir oyunçu ilə “ilk onluq”da təmsil olunub. Bu, “Espanyol”dan 25 milyon avroya alınan qapıçı Xuan Qarsiyadır. O, siyahıda 7-ci yeri tutur.
Bizi Facebook-da izləyin



