“Real”da ciddi itki – 8-9 ay olmayacaq

“Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Marko Asensio zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Beynəlxalq Çempionlar kubokunda keçirilən “Real” – “Arsenal” matçının 65-ci dəqiqəsində zədələnən Asensio, təcili tibbi yardımla xəstəxanaya aparılıb. 23 yaşlı yarımmüdafiəçinin son durumu tibbi müayinədən sonra açıqlanacaq. İspaniya mətbuatı Asensionun 8-9 ay yaşıl meydanlardan uzaq qalacağını iddia edir.

“Real” – “Arsenal” matçının əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasından sonra qazanan tərəf isə Madrid təmsilçisi olub – 3:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button