“Çelsi” ilə oyundan əvvəl “Real”da ciddi itki

“Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Rafael Varan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əzələsində problem aşkarlanan Varanın yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmayıb.

Fransalı müdafiəçi “Real”ın Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Çelsi”yə qarşı keçirəcəyi matçı buraxacaq.

Mayın 5-də keçiriləcək “Çelsi” – “Real” matçı saat 23:00-da start götürəcək. Komandalar arasında İspaniyada baş tutan ilk görüşdə qollu bərabərlik qeydə alınıb – 1:1.