“Real”da növbəti itki

“Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kərim Benzema sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Fransız mütəxəssis, Benzemanın La Liqanın 24-cü turu çərçivəsində “Valyadolid”ə qarşı keçirəcəkləri səfər matçını buraxacağını bildirib.

Fransız hücumçu Çempionlar Liqasının 1/8 finalının “Atalanta” ilə ilk oyununda da iştirak etməyə bilər.

Madrid klubunda Serxio Ramos, Eden Hazard, Marselo, Dani Karvahal, Eder Militao, Alvaro Odriosola, Federiko Valverde, Rodriqo və Dani Karvahal da zədəlidir.

“Valyadolid” – “Real” matçı bu gün saat 00:00-da start götürəcək.