“Real” keçmiş futbolçusu ilə bağlı qərar verib

“Real” keçmiş vingeri Viktor Munyosla bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 22 yaşlı futbolçunun geri alınması üçün nəzərdə tutulan satınalma şərtini aktivləşdirməyəcək.

Bildirilir ki, Munyos yaxın vaxtlarda “Nyukasl”a transfer oluna bilər. İngiltərə klubu artıq “Osasuna”ya rəsmi təklif göndərib.

İspaniyalı oyunçunun hüquqlarının 50 faizi “Real”a məxsusdur. Onun transferi baş tutarsa, Madrid klubu təxminən 17 milyon avro gəlir əldə edəcək.

“Real” Munyosu ötən yay 5 milyon avroya “Osasuna”ya satmışdı. Vinger yeni klubunda indiyə qədər 36 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button