Ronaldonun rekordunu qırıb, tarixə düşdü

“Real” İspaniya La Liqasının 31-ci turu çərçivəsində “Kadis”i məğlub edib – 3:0.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada iki qol vurub, bir məhsuldar ötürmə edən hücumçu Kərim Benzema “kral klubu”nun tarixinə düşüb. Belə ki, Benzema La Liqadakı məhsuldar ötürmələrinin sayını 88-ə çatdıraraq, Kriştiano Ronaldonun rekordunu geridə qoyub. Portuqaliyalı hücumçu La Liqada “Real”la 87 məhsuldar ötürmə etmişdi.

Benzema “Real”ın tarixində 21-ci əsrdə ən çox məhsuldar ötürmə edən futbolçu olub.

33 yaşlı hücumçu bu mövsüm La Liqada 21 qol vurub, 7 məhsuldar ötürmə edib.

Ronaldo 2009-2018-ci illər aralığında “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button