Mövsümün son “el klasiko”suna doğru: Təxmini heyətlər açıqlandı

“Real” İspaniya La Liqasının 30-cu turu çərçivəsində bu gün “Barselona” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Serxio Ramos mövsümün son “el klasiko”sunu buraxmalı olacaq. Zədəli olan müdafiəçi “Real”a gələndən La Liqada ilk dəfə “Barselona” ilə bir matçı buraxacaq.

35 yaşlı müdafiəçi “kral klubu”nun forması ilə daha əvvəl iki dəfə “el klasiko”da iştirak etməyib. Bunlardan biri Çempionlar Liqası, biri də İspaniya kuboku matçına təsadüf edib.

İspaniyanın AS nəşri bu gün “Alfredo di Stefano” stadionunda start götürəcək “Real” – “Barselona” matçının təxmini heyətlərini də açıqlayıb:

“Real”ın təxmini heyəti: Tibo Kurtua, Lukas Vaskes, Naço Fernandes, Eder Militao, Ferlan Mendi, Kazemiro, Toni Kroos, Luka Modriç, Marko Asensio, Kərim Benzema, Junior Vinisius;

“Barselona”nın təxmini heyəti: Mark-Andre ter Ştegen, Kleman Lanqle, Jordi Alba, Serjinyo Dest, Oskar Minqeza, Serxio Buskets, Frenki de Yonq, Pedri, Lionel Messi, Antuan Qrizmann, Osman Dembele.