“Real” “Atletik”in futbolçusu ilə maraqlanır

“Real” “Atletik”in vingeri Niko Uilyamsı transfer etmək istəyir. 

Komanda.az AS-a istinadən xəbər verir ki, “kral klubu” 21 yaşlı futbolçu ilə şəxsi şərtləri razılaşdırdıqdan sonra onun klubuna təklif göndərməyi planlaşdırır.

Uilyams “Atletik”in yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button