“Real” hamımızdan daha böyükdür” – Solari

“Real”ın baş məşqçisi Santyaqo Solari, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Ayaks”a 1:4 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Real”ın çətin zamanlar yaşadığını bildirib:

“Bu mövsüm bizim üçün çox çətin keçir. Belə çətin zamanlarda xarakterimizi göstərməliyik. Bu vəziyyət heç kim üçün asan olmaz.

“Real” hamımızdan daha böyükdür. Hər zaman qayıdar, hər dəfə çətin zamanlardan daha da güclənərək çıxar”.

42 yaşlı mütəxəssis, ilk oyunda qəsdən sarı vərəq alaraq cəzalı vəziyyətə düşən Serxio Ramos haqqında, “Onu bu gecə çox axtardıq. O, bizim kapitanımızdır” deyib.

Solari istefa verib-verməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Bura dayanmaq, imtina etmək üçün gəlməmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button