“Real” Fransa millisinin hücumçusunu izləyir

“Real” Fransa millisinin hücumçularından birini transfer etmək niyyətindədir.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “kral klubu”nun maraq dairəsinə “Liverpul”da çıxış edən Huqo Ekitike düşüb. 23 yaşlı forvardın çıxışı Madrid təmsilçisi tərəfindən yaxından izlənilir.

Madrid klubu futbolçunun Bundesliqadan (Frankfurt “Ayntraxt”ı) Premyer Liqaya keçidindən sonra göstərdiyi performansı diqqətlə dəyərləndirir.

Ekitikenin “Liverpul”la müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 28 oyuna çıxıb, 11 qol vurub və və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button