“Əminəm ki, oyunçular yeni kubok qazanmaq üçün hər şeyi edəcəklər” – “Real”ın prezidenti

“Real”in prezidenti Florentino Peres Madrid klubu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni kubok qazanmaq üçün komanda olaraq hər şeyi edəcəklərini söyləyib:

“Real” dünyanın ən yaxşı futbol klubudur. Qazandığımız hər titul bizi növbəti mərhələyə aparır. “Bayern”lə qarşıdurma xüsusi idi. İndi bizi daha bir Çempionlar Liqasının finalı gözləyir. Əminəm ki, oyunçular yeni kubok qazanmaq üçün hər şeyi edəcəklər”.

Çempionlar Liqasının finalında Madrid klubu Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də “Uembli” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button