“Real” daha bir futbolçusunu itirdi

“Real”ın sol müdafiəçisi Alvaro Karreras zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ispaniyalı futbolçunun sağ ayağının baldır əzələsində zədə aşkarlanıb. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələ açıqlanmayıb.

Karreras “Real”ə keçdiyi ilk mövsümdə bütün turnirlərdə 34 oyunda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button