“Barselona” və “Atletiko”dan darmadağın

Futbol üzrə İspaniya La Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında “Xetafe” səfərdə “Alaves”lə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. “Valensiya” – “Xetafe” matçı da bərabərliklə yekunlaşıb. “Real Sosyedad” səfərdə “Elçe”ni darmadağın edib. Ötən turda “Real Sosyedad”la qolsuz bərabərə qalan Madrid “Real”ı isə bu dəfə çətin “Betis” səfərinə yollanıb və çətin qələbəyə sevinib.

“Atletiko” doğma meydanda “Qranada”nı qəbul edib və darmadağına sevinib. Bir neçə futbolçusu ilə yollarını ayıran “Barselona” 3-cü tur çərçivəsində “Vilyarreal”la qarşılaşıb. Kataloniya təmsilçisi də turu qələbə ilə başa vurub. UEFA superkubokunda “Bavariya”ya məğlub olan “Sevilya” isə “Kadis”in qonağı olub və səfərdən 3 xalla dönməyi bacarıb.

İspaniya La Liqası, 3-cü tur

26 sentyabr

Alaves – Xetafe 0:0

Valensiya – Hueska 1:1
Qol
: Vass, 38 – Siovas, 63.

Elçe – Real Sosyedad 0:3
Qol
: Portu, 55. Yanuzay, 77-pen. R.Lopes, 90+4.

Betis – Real 2:3
Qol
: Mandi, 35. Karvalyo, 37 – Valverde, 14. Emerson, 48-öz qapısına. S.Ramos, 82.

27 sentyabr

Osasuna – Levante 1:3
Qol
: Torres, 38 – Melero, 41. Rocer, 77. Morales, 81.

Eybar – Atletik 1:2
Qol
: Kike, 48 – U.Lopes, 40; 87.

Atletiko – Qranada 6:1
Qol
: D.Kosta, 9. Korrea, 47. J.Feliks, 65. Lyorente, 72. L.Suares, 85; 90+3 – Molina, 87.

Kadis – Sevilya 1:3
Qol
: Sançes, 48 – De Yonq, 65. El Haddadi, 90. Rakitiç, 90+4.

Valyadolid – Selta 1:1
Qol
: Qvardiola, 66-pen – Aspas, 44.

Barselona – Vilyarreal 4:0
Qol
: Fati, 15; 19. Messi, 35-pen. Torres, 45-öz qapısına.

Bombardir: Yaqo Aspas (Selta), Xose Morales (Levante) – 3 qol.