“Real” kanadalı müdafiəçini almaqdan imtina edə bilər

“Bayern”in müdafiəçisi Alfonso Deyvisin “Real”a transferi mümkün olmaya bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” kanadalı futbolçunu almaqdan imtina edə və Ferland Mendiyə güvənə bilər.

“Kral klubu” 28 yaşlı fransalı futbolçunun cari mövsümdəki çıxışından razı qalıb. Bu baxımdan, “Real” “Bayern”in təxminən 50 milyon avroya satmaq istədiyi Deyvisi almaqdan imtina edə bilər.

Mendi İspaniya çempionatının cari mövsümündə 21 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button