“Real”dan azarkeşlərinə Mbappe və Halandla bağlı qadağa

“Real” azarkeşlərinə PSJ-nin hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin forvardı Erlinq Halandın adlarını klub mağazalarında köynəklərə yazdırmağa icazə vermir.

Komanda.az “SER Deportivos”-a istinadən xəbər verir ki, Madrid klubunun fan-şopunda “Real”ın hansısa bir futbolçusunun soyadını və ya fərdi istək əsasında adını formada qeyd etmək olar.

“Real”ın yanvarın əvvəlində Mbappe ilə mümkün müqavilə imzalanması üçün sənədlər hazırladığı barədə məlumatlar yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button