“Real” da ona “elçi düşdü”

“Real” “Ayaks”ın futbolçusu Matteys de Liqti transfer etmək niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi holland müdafiəçinin meneceri ilə danışıqlara başlayıb və de Liqtin transferindəki son vəziyyətlə maraqlanıb.

De Liqti “Real”la yanaşı, “Barselona”, PSJ və “Yuventus” da transfer etmək istəyir. “Barselona” de Liqt üçün “Ayaks”a 75 milyon avroluq təklif göndərib.

Hazırda istirahətdə olan 19 yaşlı futbolçu, bir müddət əvvəl qərarını tətil bitdikdən sonra verəcəyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button