Arbeloanın qarşısına iki şərt qoyulub

Alvaro Arbeloa cari mövsüm bitdikdən sonra da “Real”ın “sükanı arxasında” qalmağa davam edə bilər.

Komanda.az “Touchline”-a istinadən xəbər verir ki, Madrid klubu ispaniyalı çalışdırıcının komandanın daimi baş məşqçisi olması üçün iki şərt irəli sürüb. Birincisi, UEFA Çempionlar Liqasının pley-off-unda “Benfika”nı məğlub edərək 1/8 finala yüksəlmək, ikincisi, La Liqa çempionluğunu qazanmaq.

Hər iki şərt yerinə yetirilərsə, Arbeloaya “Real”ın baş məşqçisi kimi daimi iş verilə bilər.

“Kral klubu” hazırda İspaniya çempionatında 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 1 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button