“Real” antirekordunu yenilədi
“Real” Çempionlar Liqasının 1/8 finalın mərhələsinin cavab oyununda “Ayaks”a 1:4 hesabıyla məğlub olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Madrid təmsilçisi öz antirekordunu yeniləyib.
Belə ki, “kral klubu” tarixində ikinci dəfədir ki, bir mövsümdə 6 oyunda, 3 və daha çox top fərqiylə uduzur. “Real” son dəfə 1950/51 mövsümündə 6 oyunda 3 və daha çox top fərqiylə məğlub olmuşdu.
İlk oyunda səfərdə “Ayaks”ı 2:1 hesabıyla məğlub edən “Real”, cavab matçında rəqibinə 1:4 hesabıyla uduzaraq, ÇL-də mübarizəni 1/8 final mərhələsində dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin