“Real” niderlandlı futbolçunun transferini gözdən keçirir

“Real” “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberxlə maraqlanır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı futbolçunu gələn mövsüm üçün heyətini gücləndirmək variantlarından biri kimi nəzərdən keçirir. Oyunçunun bazar dəyərinin təxminən 80 milyon avro olduğu bildirilir.

Niderlandlı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 36 oyunda meydana çıxaraq, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button