“Rayola dedi ki, mənim itim də belə müqaviləni imzalamaz” – Poqba

“Yuventus”un futbolçusu Pol Poqba mərhum agenti Mino Rayola ilə aralarında olan söhbəti ictimaiyyətə açıqlayıb.

Komanda.az xəbər verir ki, Poqba İtaliyanın “Golden Boy” mükafatının təqdimat mərasimində bu haqda danışıb:

“18 yaşım var idi və Aleks Ferqyuson mənimlə müqavilə imzalamaq istəyirdi. Onunla görüşə Mino ilə getdim. O, müqavilə şərtləri ilə tanış olandan sonra dedi: “Mənim itim də belə müqaviləni imzalamaz”.

Mino belə deyəndə boğazımdan elə bil düyün açıldı. Onunla tez-tez zarafatlaşırdım”.

Mino Rayola bu ilin aprelində, 54 yaşında vəfat edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button