Rayola cəzalandırıldı

İtaliya Futbol Federasiyasının himayəsi altında olan İdman Agentləri Birliyi tanınmış menecer Mino Rayolanı cəzalandırıb.

Komanda.az xəbər verir ki, qurum Rayolanı 3 aylıq işindən uzaqlaşdırıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Rayolanın nə üçün cəzalandırıldığı isə məlum deyil.

Mino Rayola Pol Poqba, Zlatan İbrahimoviç, Matteys de Liqt, Mario Balotelli, Marko Verratti kimi futbolçuların meneceridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button