Raykard: “Xavi çempionluğa layiqdir”

Niderlandlı mütəxəssis Frank Raykard Xavinin “Barselona”dakı işindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın keçmiş baş məşqçisi, Xavi ilə bağlı gözəl xatirələri olduğunu bildirib:

“Xavi ilə bağlı gözəl xatirələrim var. O, futbolun kralı oldu. Mən onun üçün çox xoşbəxtəm. İndi xüsusilə sevinirəm, çünki o, “Barselona” ilə çempionluq qazanacaq.

Xavi və komandası düzgün yoldadır. O, çempionluğa layiqdir və bu, bütün “Barselona” azarkeşləri üçün gözəldir”.

Raykard 2003-08-ci illərdə “Barselona”nın baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button