“Rapid”in baş məşqçisi: “1:2 pis hesab deyil”

Avstriyanın “Rapid” (Vyana) komandasının baş məşqçisi Ferdinand Feldhover Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, Bakıda keçirilən və 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyundan öncə “Neftçi”ni sıxışdırmağı planlaşdırmışdıq. Ancaq oyunun gedişində bunun alınmadığını gördük. “Neftçi” hər addımda bizim planlarımızı pozdu”.

Avstriyalı mütəxəssis “Neftçi”dən Eddi İsrafilovu fərqləndirib:

“O, fərdi planda fərqlənən futbolçudur. Biz isə təhlükəli oyunumuzu Vyanada göstərəcəyik”.

42 yaşlı baş məşqçinin sözlərinə görə, məğlubiyyət onlara pis təsir etməyib:

“1:2 hesabı pis deyil. Şanslar var. Cavab görüşündə qollar vurmaq olar”.

Mehri Qurban