Ramil Şeydayev əvəzedici komandaya göndərildi

“Sabah”ın əvəzedici komandası 1-ci divizionun 16-cı turunda “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin və “Sabah”ın əsas komandasının hücumçusu Ramil Şeydayev də sözügedən qarşılaşmada iştirak edəcək. Ramil, “Qaradağ Lökbatan”la matçın start heyətində yer alıb.

“Sabah-2” – “Qaradağ Lökbatan” oyunu saat 15:00-da başlayacaq.