Ramil Şeydayev oynadı, komandası qələbə qazandı

Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb. Rusiya təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb – 3:0.

Ramil də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.