Ramil Şeydayevə Azərbaycandan dəvət

Rusiya Premyer Liqasında mübarizə aparan “Krılya Sovetov”un hücumçusu Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Şeydayev, Azərbaycan millisinin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ matçına və Litva ilə yoldaşlıq oyununa çağırılıb.

Martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi 4 gün sonra Bakıda Litva ilə qüvvəsini sınayacaq.

Şeydayev, qış fasiləsindən sonra Samara klubunun heyətində 2 oyunda meydanda olub və 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button