Rahil Məmmədovun klubu rəsmən açıqladı: Baş məşqçi ilə vidalaşırlar

Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu baş məşqçisi Marçin Matisyakla yollarını ayırır.

Komanda.az xəbər verir ki, bu barədə Ekstraklasa klubunun rəsmi saytı məlumat yayıb.

Matisyak çempionatda “Stal”la (Melets) sonuncu turun matçından sonra postundan ayrılacaq.

Lodz klubu yeni baş məşqçinin iyun ayında məlum olacağını açıqlayıb.

Ekstraklasada 21 xalla 18-ci pillədə qərarlaşan LKS-in aşağı liqaya düşəcəyi dəqiqləşib.

Rahil Məmədov bu komandaya yanvar ayında keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button