“Bu dünya çempionatına özümü qat-qat daha hazırlıqlı hesab edirəm”

Braziliya millisinin və “Barselona”nın hücumçusu Rafinya 2026-cı il dünya çempionatı öncəsi özünü əvvəlki mundialla müqayisədə daha hazırlıqlı hiss etdiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında üzərində daha çox təzyiq hiss etdiyini etiraf edib:

“Əvvəlki dünya çempionatında indiki ilə müqayisədə daha çox təzyiq hiss edirdim. 2022-ci ildə turnirə hələ tam yetişməmiş futbolçu kimi getmişdim. İndi isə özümü qat-qat daha hazırlıqlı hesab edirəm”.

Braziliya millisi dünya çempionatının qrup mərhələsində ilk oyununu iyunun 14-də Mərakeş yığmasına qarşı keçirəcək. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda daha sonra Haiti və Şotlandiya yığmaları ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button